YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır

“1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində soyqırımı törədərək 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakinini qətlə yetirib. Şəhəri tərk etməyə məcbur olan əhali isə dağlara, meşələrə qaçsa da, hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar”. Bu fikirləri Xocalının sabiq icra başçısı, millət vəkili Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşüb, girov götürülüb. Soydaşlarımız erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olub. O qeyd edib ki, ermənilərin əhatəsində olan Xocalı 4 ay mühasirədə qaldı: “Faciə baş verməmişdən əvvəl, son bir ay ərzində respublika rəhbərliyindən bizə məlumat verirdilər ki, “sabah yolu açırıq, mühasirəni yarırıq”. Amma bu baş vermədi. Xocalıdakı vəziyyətə ovaxtkı hakimiyyət məsuliyyətsiz yanaşırdı və ermənilər də bundan istifadə edərək şəhərə hücum etdilər, dinc insanları qətlə yetirdilər. O dövrdə respublikada hakimiyyət uğrunda mübarizə gedirdi, bu səbəbdən də torpaqlarımızın müdafiəsi yaxşı təşkil olunmadı”.
Onun sözlərinə görə, son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır: “Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb və bu hadisə soyqırımı kimi dəyərləndirilib. Hazırda dövlətimiz bu faciə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə təqdim edir. Bizim istəyimiz odur ki, Xocalı qətliamını törədənlər cəzalarını alsın və insanlar öz torpaqlarına qayıtsınlar”.

DİGƏR Xəbərlər Arxiv