YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erkan Özoral: Xocalı faciəsinin səbəbkarlarının mühakimə olunmaması çox böyük ədalətsizlikdir

Xocalı faciəsindən 28 il keçməsinə baxmayaraq, hələ də bu faciənin səbəbkarlarının mühakimə olunmaması çox böyük ədalətsizlikdir.

Bu fikri “Ana harayı” abidəsini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, Xocalı faciəsi dünyanın XX əsrdə yaşanan ən böyük kədəridir. Hər zaman olduğu kimi açıq şəkildə deyirəm ki, Xocalı faciəsinin səbəbkarları cəzalarını almayanadək bu məsələ bağlanmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi, Azərbaycanın yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik.