YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb

Yeni Azərbaycan Partiyasının könüllülərinin “Könüllülərlə maariflənək” şüarı altında topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində qonşu Gürcüstanda paylanılmasına başlanılıb. Belə ki, kitabların bir hissəsi paytaxt Tiflisdəki Mirzə Fətəli Axundov adına 73 saylı Azərbaycandilli orta məktəbə təqdim olunub. Kitabların təhsil müəssisəsinə təqdimetmə tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, layihənin rəhbəri Misirxan Həsənov, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, səfirlik əməkdaşları, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Salman Pirməmmədov kitablara görə minnətdarlığını bildirərək, bunu təhsil ocağı üçün çox dəyərli töhfə adlandırıb. O qeyd edib ki, məktəb kitabxanasının Azərbaycan dilində olan kitablara çox ehtiyacı var.

Aksiyanı yüksək qiymətləndirən səfir Dursun Həsənov bildirib ki, kitablar paytaxt Tiflislə yanaşı, Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsində yerləşən digər Azərbaycandilli məktəblərə də təqdim olunacaq.

Layihə haqqında məlumat verən Misirxan Həsənov kitab aksiyanın ilin sonuna qədər davam etdirilcəyini deyib. O, Gürcüstandakı soydaşların bu aksiya çərçivəsində diqqətdə saxlanılacağını vurğulayıb. Onun sözlərinə görə, aksiya çərçivəsində artıq 500 adda 2 minə yaxın kitab toplanıb.

 Onu da bildirək ki, məktəbə aksiya çərçivəsində 200-yə yaxın kitab hədiyyə olunub. M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi də təhsil müəssisəsinə kitablar təqdim edib.

Qeyd edək ki, kitab aksiyası 2020-ci il - “Könüllülər ili” çərçivəsində YAP könüllüləri və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Kitablar Azərbaycan ədəbiyyatı, incəsənəti, dünya və uşaq ədəbiyyatını əhatə edir.