YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsinin öyrənilməsi gələcək nəsillər üçün vacibdir

Azərbaycanın Almaniyadakı səfirliyi Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birgə Berlində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi keçirib.
Səfir Pərviz Şahbazov mərasimdə çıxış edərək ümummilli lider Heydər Əliyevin öz həyatını bütövlükdə Azərbaycanın inkişafına həsr etdiyini, onun çoxşaxəli irsinin öyrənilməsinin gələcək nəsillər üçün vacibliyini diqqətə çatdırıb. Səfir qonşu Ermənistanın hərbi təcavüzünün və ölkə daxilində hərc-mərcliyin hökm sürdüyü bir şəraitdə Heydər Əliyevin xalq tərəfindən siyasi hakimiyyətə dəvət edilməsinin Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxmasına və yenidən dirçəlməsinə, habelə yeni inkişaf yoluna qədəm qoymasına gətirib çıxardığını qeyd edib. Heydər Əliyevin uzaqgörən xarici siyasət kursunun bu gün də uğurla davam etdirildiyini vurğulayan diplomat bu siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini vurğulayıb.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patser-İsmayılova Heydər Əliyevin daim mədəniyyətin və incəsənətin inkişafına dəstək verdiyini, onun milli və dünya musiqisinin böyük bilicisi olduğunu söyləyib. O, Ulu Öndərin adını daşıyan Fondun Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına verdiyi mühüm töhfələrdən söhbət açıb.
Tədbirin rəsmi hissəsindən sonra Heydər Əliyevin xatirəsinə həsr olunan konsert və ümummilli liderin həyatını və siyasi fəaliyyətini əks etdirən kitab sərgisi təşkil olunub. Konsertdə Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Nərmin Nəcəfli, Alina və İlya Levinskinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.
Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, Almaniyada yaşayan azərbaycanlı və türk diasporlarının nümayəndələri, Almaniyanın elmi və siyasi dairələrinin təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və tədqiqat aparan gənc elmi işçilər, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri iştirak ediblər.