YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Bu gün bütün sahələrdə Ermənistandan üstünük

«Ermənistan tərəfi müəyyən təxribatlara əl ataraq Azərbaycan silahlı qüvvələrini cavab vermək məcburiyyətində qoyurlar. Əsas məqsəd isə Azərbaycanı yeni münaqişəyə cəlb etmək, həm özlərinin, həm də onları idarə edən dövlətlərin gündəminə uyğun olaraq müəyyən təzyiq elementlərindən istifadə etməkdir». Bu fikirləri Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki,  Azərbaycan silahlı qüvvələri öz vəzifələrini yüksək səviyyədə, rəşadətlə yerinə yetirməyə qadirdir. Onun sözlərinə görə, avqust ayında cəbhə xətttində atəşkəsin pozulması nəticəsində erməni təxribat diversant qrupunun məhv edilməsi, hava məkanımızı pozan Ermənistana məxsus helikopterin vuulması bunun bariz nümunəsidir.

«Bununla da, Azərbaycan dünyaya 20 il öncəki Azərbaycan olmadığını sübut etdi. Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində biz həm hərb meydanında, həm informasiya məkanında, həm də diplomatiya sahəsində Ermənistanın hər hansı bir üstünlüyə nail olmaları üçün imkan verməməliyik. Bu gün bütün sahələrdə Ermənistandan üstünük»- deyə, A.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv