YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: İnanırıq ki, bələdiyyə seçkiləri ölkəmizdə demokratiyanın təntənəsini bir daha təsdiqləyəcək

«Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Bu gün partiyamız Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verir». Bu fikirləri YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bələdiyyələr 15 il ərzində müəyyən inkişaf yolu keçiblər. Onun sözlərinə görə, Yevlax rayonunun bələdiyyələri də bu baxımdan öz fəaliyyətlərini təkmilləşdirirlər və YAP üzvləri bu prosesdə fəaldır.
«Bələdiyyə seçkiləri yerli demokratiyanın inkişafında vacib rol oynayır. Təbii ki, Azərbaycan dünya üçün açıq ölkədir və keçirdiymiz seçkilər dünyada diqqətlə izlənilir. Azərbaycan hüquqi və demokratik dövlətdir və mükəmməl seçki sistemi mövcuddur. İnanırıq ki, bələdiyyə seçkiləri ölkəmizdə demokratiyanın təntənəsini bir daha təsdiqləyəcək»- deyə, İ.Məmmədov qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv