YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Milli dəyərlərimiz dünya xaqları içərisində çox dərin mənəvi zənginliyə sahib olduğumuzu göstərir

«Azərbaycan xalqı zəngin dəyərlərə sahibdir». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, bütün dövrlərdə milli mənəvi dəyərlərimiz qorunub. Onun sözlərinə görə, məhz bunun nəticəsində də bu dəyərlər yüzillərdən ötüb gələrək bugünümüzə qədər gəlib çatıb.

«Milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında Ümummili liderimiz Heydər Əliyevin  müstəsna xidmətlər göstərib. Bu gün Prezident İlham Əliyev bu ənənəni davam etdirir. Eyni zamanda, milli mənəvi dəyərlərimiz qanunvericilik vasitəsilə də qorunur. Bu dəyərlər dünya xaqları içərisində çox dərin  mənəvi zənginliyə sahib olduğumuzu göstərir. Ona görə də, gənc nəsillərimiz bu dəyərlərimizi qoruyub yaşatmalıdır»- deyə, R.Hüseynov vurğulayıb.