YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanda keçirilən mərasimdə Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən danışılıb

Azərbaycanın Pakistandakı səfirliyində Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimində səfir Daşqın Şikarov çıxış edərək deyib ki, Ulu Öndər dolğun və parlaq həyatını bütünlüklə xalqına, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmətə həsr edib.
Səfir bildirib ki, Heydər Əliyev qüdrətli dövlət qurmaq və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərini müəyyənləşdirib. Ümummilli Lider qısa müddətdə dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrin milli maraqlara uyğunlaşdırılması istiqamətində uzaqgörən addımlar atıb.
D.Şikarov deyib ki, Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə bütün sahələrdə köklü layihələr həyata keçirilir. Azərbaycan xalqı dahi lider Heydər Əliyevin nurlu xatirəsini həmişə hörmətlə yad edəcək.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinin əsas mərhələlərini əks edən sənədli film nümayiş olunub.
D.Şikarov və səfirliyin əməkdaşları Pakistan Milli Kitabxanasındakı Heydər Əliyev guşəsində Ulu Öndərin həyat və fəaliyyəti barədə kitablar və ölkə mətbuatında dərc olunan qəzet materiallarını kitabxanaya təqdim ediblər.
Bari İmam ziyarətgahında Ümummilli Liderin ruhuna dualar oxunub, ehsan paylanıb.

 

DİGƏR Xəbərlər Arxiv