YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşidə Dati: Heydər Əliyev bütün dünyada tanınan böyük dövlət xadimi idi

Dekabrın 12-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım mərasimi keçirilib. Mərasimdə Fransanın ictimai-siyasi dairələrinin və ictimaiyyətin nümayəndələri, ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diplomatlar, Azərbaycan diasporunun təmsilçilərinin iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycanın çox ağır dövründə hakimiyyətə gələn Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirib, bütün mənalı ömrünü ölkənin inkişafına, müstəqilliyin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasına həsr edib. Məhz Ulu Öndərin qətiyyətli, milli mənafelərə əsaslanan siyasi kursu Azərbaycan dövlətçiliyini dağılmaqdan, məhv olmaqdan qurtarıb.
Heydər Əliyevin ölkənin enerji resurslarının Qərb bazarlarına çıxarılmasına təmin etdiyini xatırladan səfir dedi ki, Bakı-Tblisi-Ceyhan neft, Bakı-Tblisi-Ərzurum qaz kəmərləri təcrübəli dövlət başçısının uzaqgörən iqtisadi siyasətinin tərkib hissələrindən biridir. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr qurulmasına təkidlə çalışan Ulu Öndərin səyləri sayəsində Azərbaycan bir çox nüfuzlu qurumlarda layiqincə təmsil olunur. Heydər Əliyevin müdrik siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir, ölkəmizə yeni uğurlar gətirir.
Elçin Əmirbəyov Heydər Əliyevin Azərbaycan-Fransa əlaqələrinin təşəkkül tapmasında və inkişaf etdirilməsində müstəsna xidmətlər göstərdiyini də diqqətə çatdırdı.
Mərasimdə çıxış edən Azərbaycanın böyük dostu, Paris şəhərinin 7-ci rayonun meri Rəşidə Dati Heydər Əliyevin bütün dünyada tanınan böyük dövlət xadimi olduğunu vurğuladı. Bildirdi ki, Heydər Əliyev Fransa-Azərbaycan əməkdaşlığının inkişafına xüsusi önəm verirdi və bu siyasi dəst-xəttin Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilməsi təqdirəlayiqdir.
Rəşidə Dati Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin böyük rəğbətlə qarşılandığını, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafındakı səylərinin, həmçinin Azərbaycanın Fransada tanıdılması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Mer hər zaman Azərbaycanın haqq işinə dəstək verəcəyini, daim ölkəmizin dostu olaraq qalacağını bildirdi.
Sonda səfirlik adından ehsan süfrəsi açıldı.

 

DİGƏR Xəbərlər Arxiv