YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: Gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına ehtiyac var

“Gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına ehtiyac var”. Bu fikri  KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, startapların maliyyələşdirilməsinə marağı artırmalıyıq. Bu marağı artırmaq üçün banklar və investorlarla fərdi qaydada işlərin aparılması zərurəti var.

“Gənclərin təqdim etdikləri innovativ layihələrin maliyyələşdirilməsi üçün Gənclər Fondunun vəsaiti hesabına banklar vasitəsilə 50 min manatadək güzəştli kreditlərin verilməsi mexanizmi mövcuddur. Hesab edirik ki, bu prosesə KOBİA tərəfindən də dəstək göstərilə bilər və bu istiqamətdə Gənclər Fondu ilə əməkdaşlıq etməyə hazırıq", - deyə O.Məmmədov qeyd edib.