YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

UNESCO: 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının vaxtı müəyyənləşib

Parisdə UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başa çatıb.

Sessiyanın son günüdə II Vətəndaş Cəmiyyəti Forumunun nəticələri təqdim olunub. Eyni zamanda, Komitənin gələcək fəaliyyətləri, 2020-2021-ci illər üçün iş planının layihəsi, mümkün mənbələr, könüllülük məsələləri müzakirə edilib.

Sessiyada 2022-2029-cu illər üçün UNESCO-nun orta müddətli strategiyasının gələcək istiqamətləri və 2022-2025-ci illər üçün proqram və büdcə müzakirə olunub.

2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında növbəti 14-cü sessiyanın vaxtı müəyyənləşdirilərək, onun 2021-ci ildə fevralın 2-dən 5-nə qədər qurumun baş qərargahında keçiriləcəyi bildirilib.

Sessiyada 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının bürosunun üzvləri seçilib.

Qeyd edək ki, bu gün Azərbaycan bir il müddətinə 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının bürosunun sədr müavini seçilib.

 

 

DİGƏR Xəbərlər Arxiv