YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belqradda keçirilən anma mərasimində Heydər Əliyevin zəngin fəaliyyətindən bəhs edilib

Dekabrın 12-də Belqradda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə yanaşı, bu ölkənin parlamentinin üzvləri, dövlət rəsmiləri, ictimaiyyətin və müsəlman icmasının nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, burada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Taşmaydan parkına gələrək, görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Tanınmış serb yazıçısı Milorad Paviçin və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidələri də ziyarət edilib.
Səfirliyin müşaviri Anar Əcəmov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyatından və zəngin siyasi fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Ulu Öndərin müstəqilliyimizin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının reallaşmasında, ölkəmizdə sabitliyin bərqərar edilməsində, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olub.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan fotosərgi və sənədli film nümayiş etdirilib.