YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Paşınyan çalışır ki, Dağlıq Qarabağ separatçılarını gücləndirsin

“Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu açıqlamasında deyib ki, 7 rayon qaytarılacaq. Ermənistan baş naziri bildirdi ki, 5 rayondan olan əhali oranı tərk etməlidir. Əslində Paşinyanın dediyi "5 rayonun əhalisi oranı tərk etməlidir" fikri o deməkdir ki, Ağdamla, Füzulini çıxmaq şərtilə ermənilər 7 rayonun 5-də gətirib öz ermənilərini məskunlaşdırıblar. Yəni ATƏT-in sənədində yazılıb ki, ermənilər o 5 rayondan çıxmalıdır”. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, əslində Paşinyanın açıqladığı variant Prezident İlham Əliyevin “Qarabağ klanı”, Ermənistan və dünya erməniləri üzərində qələbəsinin təsbiti, etirafı idi.

Politoloqun sözlərinə görə, Paşinyan bir tərəfdən özünü danışıqlara hazır göstərir, digər tərəfdən isə çalışır ki, Dağlıq Qarabağ separatçılarını gücləndirsin və onlarla əlaqədə olsun: “Paşinyan ötən ilin son ayında Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbiyə ayırdığı yardımı xeyli artırdığını elan etdi. Daha sonra o hərbiçilərə gördüyü işləri açıqladı. O siyasi, hümanitar məsələlərdən daha çox hərbi xarakterli məsələlərə daha çox diqqət ayırır. Əslində bu Paşinyanın çox ciddi problemli adam olduğunu göstəricisidir. Yəni Dağlıq Qarabağa gedib hərbiyə xüsusi diqqət ayırması onun işğalçılıq niyyətindən əl çəkmədiyini göstərir. Paşinyan əlinə fürsət düşdükcə çalışır ki, erməni ordusunun Azərbaycan torpaqlarındakı işğalçılığını möhkəmləndirsin. İkibaşlı oyun oynayan Paşinyan qondarma “DQR”-nın erməni separatçılarında məhz hərbi istiqamətin güclənməsinə daha çox səy göstərir”.