YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhərrəm Zülfüqarlı: Beynəlxalq müşahidə missiyalarının mütləq əksəriyyəti ölkəmizdə parlament seçkilərinin azad və demokratik keçirildiyini qeyd edib

“Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparıb. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil ediblər”.  Bu fikirləri AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

M.Zülfüarlı bildirib ki, beynəlxalq müşahidə missiyalarının mütləq əksəriyyəti ölkəmizdə parlament seçkilərinin azad və demokratik keçirildiyini, beynəlxalq standartlara uyğun olduğunu qeyd ediblər. Yalnız Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyaları fərqli mövqe nümayiş etdiriblər.

“AVCİYA olaraq bir müddət öncə “Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə missiyalarının, Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan Respublikasında keçirilmiş seçkilərlə bağlı RƏY VƏ TÖVSİYƏLƏRİ. MÜQAYİSƏLİ TƏHLİLİ. Bakı 2020” kitabını nəşr etdirmişdik. Kitabda həmin qurumların seçki prosesi ilə bağlı tövsiyələrinə münasibət bildirmişik. Yəni əvvəldən bilirdik ki, onlar bu cür tövsiyələr irəli sürürsə, deməli qərəzli yanaşmalar olacaq. Bu da özünü doğrultdu. Onlar əvvəlcədən parlament seçkiləri ilə bağlı qərəzli mövqe nümayiş etdirməyə hazır idilər”-deyə, M.Zülfüqarlı qeyd edib.