YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 11-də nazirliyin rəhbər heyəti HHQ-nin hərbi hissəsində yeni inşa edilmiş hərbi obyektlərin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidəki iki mərtəbəli qərargah binası, əsgər yataqxanası, sinif otaqları, anbarlar, sıra meydanı, nəzarət-buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.

Tikintisi davam edən digər obyektlərə də baxış keçirən Müdafiə naziri işlərin keyfiyyətli başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.