YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Savelyev: Yeni Azərbaycan Partiyası parlamentin gəncləşməsinin vacibliyini başa düşür və onun irəli sürdüyü namizədlərin çoxu da elə gənclərin təmsilçiləridir

“Azərbaycan postsovet məkanının inamlı demoqrafiya artımı nümayiş etdirən azsaylı ölkələrindən biridir. Bu isə o deməkdir ki, onun gələcəyi, əsasən, gənclərdən asılı olacaq. Milli Məclisə növbədənkənar seçkilər iddialı cavanların həyata keçirilən islahatlara öz töhfələrini vermələri və özlərini ictimai-siyasi həyatda təsdiq etmələri üçün əla fürsətdir. Qeyd edim ki, seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyası parlamentin gəncləşməsinin vacibliyini başa düşür və onun irəli sürdüyü namizədlərin çoxu da elə gənclərin təmsilçiləridir”. Bu fikirləri Seçkiləri rusiyalı müşahidəçilər qrupunun tərkibində izləmiş Rusiya Dövlət Dumasının deputatı və Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev jurnalistlərə bildirmişdir.

Dmitri Savelyev daha sonra qeyd etmildir ki, əvvəlki çağırış Milli Məclisin buraxılması ilə yeni seçkilərin tarixi arasında vaxtın cəmi iki ayla məhdudlaşmasına baxmayaraq, cəmiyyətdə seçki kampaniyasına maraq çox yüksək olub. Görünməmiş sayda namizəd irəli sürülüb, özü də onların dörddəbir hissəsi qadınlar olub. Ən fəal təşviqatın sosial şəbəkələrdə və digər internet məkanlarında aparılması mənə olduqca maraqlı gəldi. Özü də namizədlər özlərini mümkün qədər qeyri-standart təqdim etməyə çalışırdılar. Seçkilərin maksimum dürüst və şəffaf olması üçün Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlər də güclü təəssürat oyadır.