YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pekində Ulu Öndərin xatirəsi anılıb

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bu ölkədə yaşayan azərbaycanlıların, tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Çindəki səfiri Lətif Qəndilov görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, onun müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna xidmətlərini qeyd edib.
Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu vurğulayan L.Qəndilov deyib ki, Ümummilli Lider bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr edib. Ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. O, Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində son 20 ildə Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, dünyada nüfuzu yüksəlib, iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub.
Bildirilib ki, Ulu Öndərin qurub yaratdığı dövlət Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf dövrünü yaşayır. Ölkəmizin əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən dost Çində maraqla izlənilir.
Sonra Ümummilli Liderə həsr olunan film nümayiş olundu.