YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası Azərbaycan parlamentinə keçirilən seçkiləri yüksək qiymətləndirib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) olan müşahidə missiyası Azərbaycan Milli Məclisinə seçkilərin yekunları ilə bağlı fevralın 10-da mətbuat konfransı keçiriblər.

Missiyanın rəhbəri, ŞƏT baş katibinin müavini Şerali Conon Azərbaycan parlamentinə seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin gedişatında qanunvericiliyin bütün norma və tələblərinə riayət edildiyini, məntəqələrdə yüksək seçici fəallığının müşahidə olunduğunu jurnalistlərin diqqətinə çatdırıb.

Ş.Conon qeyd edib ki, seçkilərə bir neçə gün qalmış ŞƏT missiyası hazırlıq prosesi ilə tanış olub. Beynəlxalq müşahidəçilər üçün bütün zəruri şərait yaradılıb. O vurğulayıb ki, ŞƏT katibliyi Milli Məclisə seçkilərin Azərbaycanın Seçki Məcəlləsinə müvafiq olaraq keçirilməsini izləyəcək müşahidəçilər qrupunun formalaşdırılmasına hələ 2019-cu ilin dekabrında başlayıb. Səsvermənin gedişatında heç bir ciddi qayda pozuntusu və problem aşkarlanmayıb. Seçkilərdə, həmçinin fiziki imkanları məhdud olan seçicilər üçün də şərait yaradılmışdı.

Ş.Conon təkrar səsverməyə qarşı görülən tədbirləri - seçicilərin barmaqlarının markalanmasını, videomüşahidəni və s. xüsusi vurğulayıb. O, seçkilər günü Mərkəzi Seçki Komissiyasının qaynar xəttinin gün ərzində aktiv fəaliyyət göstərdiyini, burada vətəndaşların müraciətlərinə diqqətlə baxıldığını bildirib, MSK-nın saytında seçki məntəqələrinin ünvanları və xəritəsinin dərc olunduğunu, bunun da seçicilərə əhəmiyyətli dərəcədə kömək etdiyini söyləyib.

Sonra ŞƏT-in müşahidəçilər missiyasının digər üzvləri keçirilən seçkilər barədə öz fikirlərini bölüşüblər. Yerli müşahidəçilərin fəaliyyətinə yüksək qiymət verilib, şəffaf və demokratik formada keçirilən bu seçkilərdə gənclərin fəallığı xüsusi vurğulanıb.