YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB müşahidəçilər missiyasının başçısı: Azərbaycanda seçkilər demokratik seçkilərin keçirilməsi normalarına müvafiq olub

Fevralın 9-da Azərbaycanda baş tutmuş növbədənkənar parlament seçkiləri rəqabətli, açıq, azad seçkilər olub və demokratik seçki normalarına müvafiq keçirilib. Azərbaycan Respublikasının Seçki Məcəlləsi azad və demokratik seçkilərin beynəlxalq normalarına uyğundur və vətəndaşların iradəsini əks etdirir. Seçki məntəqələrində səsvermə dəqiq və mütəşəkkil keçirilib. Biz seçkilərin legitimliyini şübhə altına qoyan faktlarla üzləşmədik.

Bunu MDB müşahidəçilər missiyasının başçısı, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Viktor Quminski fevralın 10-da Milli Məclisə seçkilərin yekunlarına dair mətbuat konfransında bəyan edib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının seçkilərin şəffaf, azad və demokratik formada keçməsi üçün böyük işlər gördüyünü bildirən V.Quminski deyib: “Müşahidəçilər missiyasının seçkilərə dair informasiyadan və materiallardan tam istifadə etmək imkanı olub. Bütün seçki məntəqələri seçkilərə tam hazır olub. Vətəndaşlardan şikayət daxil olmayıb. Namizədlərin sayının çox olmasını müsbət element sayırıq, çünki insanların seçmək üçün alternativi olub. Biz seçkilərə əsaslı və səylə hazırlıq aparıldığını gördük. Hər yerdə seçkilər sakit şəraitdə keçirilib, seçicilərin fəallığı müşahidə olunub. Bundan əlavə, aşağı komissiyaların, sahə komissiyalarının üzvlərinin hazırlaşdırılması üzrə böyük işlər görülüb. Növbədənkənar seçkilərin keçirilməsi Azərbaycanda islahatların fəallaşdırılması və davam etdirilməsi yolunda əhəmiyyətli addım olub”.