YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkinci Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində Londonda silsilə tədbirlər keçiriləcək

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı beş ay müddətində davam edəcək.
Bu barədə məlumat verən “Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev deyib ki, festival çərçivəsində Londonda Azərbaycan xalçaçılıq sənətinin qədim ənənələrindən tutmuş, müasir fotoqraflarımızın yaradıcılığı, caz musiqiçilərimizin valehedici ifaları və müasir teatr atmosferində canlı çıxışlara qədər müxtəlif incəsənət nümunələrinin nümayişi nəzərdə tutulub.
Artıq bir neçə təqdimatların olduğunu söyləyən N.Piriyev bildirib ki, festival çərçivəsində “Saatchi” qalereyası və “Louis Blouin” fondunda qabaqcıl müasir incəsənət sərgiləri, o cümlədən, Barbikandan “Guildhall”a qədər olan meydanlardakı çıxışlarda Azərbaycan musiqisinin klassik və müasir nümunələrinin təqdimatı həyata keçiriləcək. Festival boyunca, “YARAT” Müasir İncəsənət Məkanını təmsil edən yeddi rəssamın əsəri Londonun ictimai yerlərində sərgilənəcəkdir.