Xəbərlər
Ötən 11 ayda Azərbaycanda 38,4 milyon ton neft və 17 milyard kubmetr təbii qaz hasil edilib

Bu ilin yanvar-noyabr aylarında ölkənin sənaye məhsulunun 70,4 faizinin istehsal olunduğu mədənçıxarma bölməsində 38,4 milyon ton neft və 17 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib. Sənayenin neft-qaz sektorunda istehsalın həcmi isə ötən ilin müvafiq aylarına nisbətdə 3 faiz az olub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.