YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elnur Allahverdiyev seçicilərlə növbəti görüşünü keçirib

Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev seçicilərlə növbəti görüşünü keçirib. Görüş E.Allahverdiyevin seçki kampaniyası çərçivəsində həyata keçirdiyi təşviqat işlərinə dair hesabat xarakteri daşıyıb.

E.Allahverdiyev bildirib ki, ilk gündən qarşılarına maksimum sayda görüş keçirmək, evlərə getmək və seçicilərlə ünsiyyət qurmaq məqsədi qoyublar. Təqribən 3 həftə ərzində 17 saylı dairənin hüdudlarına daxil olan 50-dən çox evə gediblər və seçicilərin istəkləri və qayğıları ilə tanış olublar. 17 saylı dairədə seçicilərin sayı 30 min nəfərdən çoxdur. Bu kontingent 13 mindən bir qədər artıq ünvanda yaşayır. Bu 13 min evin hər birinə E.Allahverdiyevin təşviqat materialları çatdırılıb.