YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdəlilərin seçimi Yeni Azərbaycan Partiyasının namizədi olacaq

Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Vidadi qızı Yıldırımın rayonun Mirzəcəfərli və Qarağacı kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə hazırlığı barədə məlumat verib. O, Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu və partiyamızın bu parlament seçkilərində də qələbə qazanmaq əzmində olduğunu bildirib.

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Fatma Yıldırım görüşdə çıxış edərək cənab Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın ictimai-siyasi həyatındakı uğurlardan, müxtəlif sahələrin, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yüksək səviyyətə həyata keçirildiyini söyləyib. O qeyd edib ki, əldə edilən nəticələr ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əmək haqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət istiqamətlərinə uyğun olaraq enerji ixracından əldə olunan gəlirlərin milli inkişaf strategiyasının həyata keçirilməsi üçün istifadə olunması, rəqabətqabiliyyətli, güclü iqtisadi potensialın yaradılması, insan kapitalının formalaşdırılması, Azərbaycanın timsalında enerji resurslarından daxil olan vəsaitlərin düzgün idarə olunması və istifadəsi ölkəmizə böyük dividendlər gətirib.

Fatma Yıldırım Yeni Azərbaycan Partiyası tərəfindən ona böyük etimad göstərildiyini və bərdəli seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını diqqətə çatdırıb.

Görüşdə çıxış edən seçicilər 9 fevralda keçiriləcək parlament seçkilərində fəal iştirak edəcəklərini, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədi Yıldırım Fatma Vidadi qızına səs verəcəklərini bildiriblər.