YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədi Əhliman Əmiraslanov Kürdəmirdə seçicilərlə görüşüb

Parlament seçkilərinin  təbliğat - təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 65 saylı Saaatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi akademik Əhliman Əmiraslanov Kürdəmir rayonunun Mehdili, Qoçulu, Dayıkazımlı, Öyləqulu, Axtaçı, Qarabucaq, Carlı, Quşlar, Sığırlı, Ərəbqubalı, Çöl-Qubalı və Məhərrəmli kəndlərinin seçiciləri ilə görüşlər keçirdi.

Görüşləri YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açaraq partiyanın ölkəmizin inkişafındakı rolundan danışdı. Yeni Azərbaycan Partiyası 750 minə yaxın üzvü , ətrafında birləşdirən ciddi intellektual potensialı və uğurlu fəaliyyəti ilə nəinki ölkəmizin, Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır. Ağali Kərimli qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib. O, partiyamızın “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında uğur qazanacağından və növbəti 5 ildə də uğurlu nailiyyətlərin şahidi olacağımızdan bəhs edib. Qeyd edib ki, fevralın 9-da keçiriləcək seçkilərdə də akademik Əhliman Əmiraslanovun qalib gələcəyinə şübhə yoxdur. Çünki həm xalqımızın YAP-a böyük dəstək və inamı , həm də partiyamızın namizədi – dünya şöhrətli akademik Əhliman Əmiraslanova kürdəmirlilərin hörmət və ehtiramı bu əminliyi daha da gücləndirir.

Görüşlərdə rayon seçki qərargahının üzvləri Sabir Novruzov, Mais Bayramov çıxış edərək ölkəmizin sürətli inkişafından danışaraq, ölkənin inkişafında aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasınının namizədi akademik Əhliman Əmiraslanovun Azərbaycan tibb elmini dünyada tanıdan alimlərdən biri olduğunu seçicilərin diqqətinə çatdırıblar.

Yeni Azərbaycan Partiyası tərəfindən 65 saylı Saaatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülmüş akademik Əhliman Əmiraslanov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və növbəti dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə məlumat verib. Daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışaraq, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun Azərbaycana cox böyük uğurlar qazandırdığını diqqətə çatdırıb. Namizəd, xüsusi olaraq , vurğulayıb ki, ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır.Ona görə də bu gün YAP Azərbaycanın hər yerində sevilən və dəstəklənən siyasi təşkilatdır.Xalqımız YAP-ın bütün bütün qərar və addımlarını öz addımları ilə dəstəkləyir, onların həyata keçirilməsində fəal rol oynayır. Ötən müddətdə mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onların qaldırdıqları məsələlər parlament tribunasından səsləndirilib, eləcə də həll edilməsi aidiyyati dövlət qurumlarına ünvanlanıb. Dünyada, regionda gedən proseslər və bu proseslərdə Azərbaycanın yeri, xüsusilə son zamanlar Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkədə aparılan kadr və struktur islahatları, bu islahatların əhəmiyyəti və Azərbaycan dövlətçiliyinin dayanaqlılığı, möhkəmləndirilməsində və xalqın maddi rifahının daha da yaxşılaşdırılmasında rolu danılmazdır. Regionların sosial –iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib.Beləliklə də, xalqımızın ölkə Prezidentinə olan inamı və rəğbəti onu deməyə əsas verir ki, bu seçkilərdə də YAP namizədlərinin qalib gələcəyi şübhəsizdir.

Görüşlərdə seçicilər adından cıxış edən kənd sakinləri fevralın 9-da seçki məntəqələrinə gedərək birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini, hörmətli ziyalı, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovu dəstəkləyəcəklərini bildiriblər.

Görüşlərin sonunda Əhliman Əmiraslanov seçiciləri fərdi şəkildə qəbul edib və onların problemləri ilə yaxından maraqlanıb.