YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov Şəmkirin İsgəndərli, Yeniabad, Düzqışlaq və Nərimanlı kəndlərində seçicilərlə görüşüb

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Kamran Bayramov təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkirin İsgəndərli, Yeniabad, Düzqışlaq və Nərimanlı kəndlərində seçicilərlə görüşüb.

Kamran Bayramov ilk öncə Şəmkir rayonunun İsgəndərli kəndinə gəlib. Bu zaman kənd sakinləri onu mehribanlıqla qarşılayıblar, xeyli söhbətləşib seçicilərin problemlərini dinləyib.

Həmçinin deputatlığa namizəd Yeniabad kəndini gəzib, küçələrdə ona rast gələn sakinlərlə söhbət edib, seçkilərdə iştirak etməyə və səsvermə günü YAP-ın namizədinə səs verməyə çağırıb, qapıları da döyüb, bu kəndə xas olan yüksək qonaqpərvərliyin şahidi olub.

Kamran Bayramov həmçinin Şəmkir rayonunun seçkiqabağı təşviqat apardığı növbəti yaşayış məntəqəsi Düzqışlaq və Nərimanlı  kəndləri olub. O, kəndlərdə qapıları döyüb, seçicilərlə görüşüb, xeyli söhbət edib, seçki günü insanların fəal olacağına, Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyinə tam əmin olub.