YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Məlahət İbrahimqızının seçicilərlə görüşləri uğurla davam edir

Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə deputatlığa namizədi Məlahət İbrahimqızının parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Nəsimi rayonu, 1-ci Mikrorayon, Asif Məhərrəmov 59 ünvanında yerləşən “Ağdaş” Şadlıq evində keçirib.

Məlahət İbrahimqızı çıxış edərək görüşlərdə fəal iştiraklarına görə seçicilərə təşəkkür edib. Məlahət İbrahimqızı Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı dərinməzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, kadr, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. M.İbrahimqızı söyləyib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tutur.

Deputatlığa namizəd həmçinin, YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, “Daha güclü Azərbaycan naminə” qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, partiyanın seçki proqramında ölkəmizin daha da inkişafı, xüsusilə əhalinin rifah halının yüksəldilməsi istiqamətində müddəalar əksini tapır. Partiyamız sadəcə vəd vermir, təqdim etdiyi seçki proqramı layiqincə yerinə yetirir.

Bakı şəhərində abadlıq və quruculuq işlərinin böyük vüsət aldığını deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbətlə qarşılanır.

M.İbrahimqızı bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçici və Qarabağ Əlilləri Cəmiyyətinin sədri Azər Quliyev, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov və seçici Xədicə Məmmədova çıxış edərək Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Eyni zamanda, görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Seçicilər bir sıra sosial, kommunal məsələlərin həlli bağlı fikirlərini bildiriblər. Deputatlığa namizəd Məlahət İbrahimqızı qaldırılan məsələlərin təhlil olunaraq həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv