YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmamverdi İsmayılov zəngilanlı seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılovun zəngilanlı seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Nizami Mönsümov qarşıdan gələn parlament seçkiləri ilə bağlı məlumat verib və qeyd edib ki, bu seçkilərə «Daha güclü Azərbaycan naminə» şüarı ilə qatılan YAP bu seçkilərdə də uğur qazanacaq.

Çıxış edən deputatlığa namizəd İmamverdi İsmayılov ilk növbədə ona etimad göstərərək yenidən parlament üzvlüyünə namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. İ.İsmaylov qeyd edib ki, bütün qazanılan nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub: "Azərbaycanın inkişafının əsasında xalqımızın Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi qiymət, məhəbbət dayanır.  Ölkəmizdə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi istiqamətində görülən mühüm sosial tədbirlər gücləndirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət bütövlükdə Azərbaycan xalqı, ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Məhz bu səbəbdəndir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərirlər.  Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır".

 Tədbirdə iştirak edən natiqlər seçiciləri fevralın 9-da İmamverdi İsmayılova səs verməyə çağırıblar.