YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyevin seçicilərlə görüşləri davam edir

Buzovna qəsəbəsi Albalılıq ərazisində Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Rauf Əliyevin 9 fevral Parlament seçkilərində səs verəcək seçicilər ilə növbəti görüşü keçirildi. Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək, deputat seçildiyi 13 saylı Xəzər-Pirallahı seçki dairəsinə aid olan qəsəbələrdə o cümlədən Buzovna qəsəbəsində Rauf Əliyevin təşəbbüsü ilə həyata keçirilən sosial layihər barədə görüş iştirakçılarına məlumat verdi və 9 fevralda  keçiriləcək parlament seçkisində YAP-ın namizədi Rauf Əliyevə səs verməyə çağırdı.

 Milli Məclisə deputatlığa namizəd Rauf Əliyev çıxış edərək hesabat dövrü ərzində fəaliyyəti barədə o cümlədən Albalılıq yaşayış massivində onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına məlumat verdi. Tədbirdə çıxış edən seçicilər Rauf Əliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində ona səs verməyə çağırdılar.

 

DİGƏR Xəbərlər Arxiv