YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədovun seçicilərlə görüşləri uğurla davam edir

Yeni Azərbaycan Partiyasından 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Ramin Məmmədovun Muğangəncəli, Salmanlı, Cəngən və Çiçəkli kəndlədində seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü açan YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bildirib ki, YAP seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir və bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur.

Deputatlığa namizəd Ramin Məmmədov çıxışında partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib.Daha sonra o deyib ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. 2019-cu il sosial islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial sferanı əhatə edib.

Səmimi keçən görüşdə çıxış edənlər 9 fevralda YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv