YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov Qusarın Hil kəndinin seçiciləri ilə görüş keçirib

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun növbəti görüşləri Hil kəndinin seçiciləri ilə keçirilib.

Görüşləri YAP Qusar rayon təşkilatının sədri müavini David İbramxəlilov açmış, seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai siyasi həyatındakı uğurları barədə məlumat verib.

O,həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamova səs verməyə çağırıb.

Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış edib.

Görüşlərdə iştirak edən seçicilərdən Amik Həsənəliyev, Beylər Ələskərov,  Ramiddin Əliyarov, Sədəf Orucəliyeva və Gülya Uluxanova çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.