YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan gələcəkdə daha böyük nailiyyətlər qazanacaq

“Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev həyata keçiirlən inkişaf siyasəti ilə bağlı dərinməzmunlu nitq söylədi. Konfransda regionların sosial-iqtisadi inkişafının real mənzərəsi təqdim edildi”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycan Prezidenti konfransda görülən işləri qiymətləndirməklə yanaşı qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlarını verib. Onun sözlərinə görə, dövlət başçısı vətəndaşların yaxşı yaşaması üçün müvafiq strukturlara xəbərdarlıq etdi ki, vətəndaşı aldatmaq olmaz, vətəndaşın hüququnu pozmaq olmaz, vətəndaşın pensiya sisteminə hansısa bir xələl gətirmək olmaz.

“Onun sağlamlığı, müayinəsi, tibbi sığortası ilə bağlı məsələlər öz əksini tapmalıdır. Vətəndaşın  vəsaitlərinin tam qarantiyası verilməlidir ki, onların banklara etibarlılığı yaransın. Kiçik və orta biznesin inkişafı, güzəştli kreditlərin verilməsi, bəzi sahibkarların torpaq sahəsini alıb saxlaması, istifadəyə verməməsi və nəticədə yeni iş yerlərini açmaması, yeni iş yerlərində çalışan insanların ixtisarlara salınmasının qarşısının alınması və s. orada cənab Prezident tərəfindən Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinin bilavasitə şahidi olduq. Hesab edirəm ki, bu gələcəyə atılmış çox ciddi və böyük bir addımdır. Bu cənab Prezidentin insanlar, cəmiyyət qarşısında birbaşa hesabatı idi. Bu baxımdan hesab edirəm ki, çox düzgün olan və dəqiq seçilmiş bir strategiya ilə Azərbaycan gələcəkdə daha böyük nailiyyətlər qazanacaq”-deyə, S.Novruzov vurğulayıb.