YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən Ucarın Qulabənd, Alpı və Bağırbəyli kəndlərinin seçiciləri ilə görüş keçirib

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsən  parlament seçkilərinin  təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qulabənd, Alpı və Bağırbəyli kəndlərinin seçiciləri ilə görüş keçirib.

Görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə getdiyini bildirib.

Partiyanının namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bildirib, YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.

Görüşdə Qulabənd kənd sakinləri Nizam Əhmədov, Mərdan Xəlilov, Nuriyə Əhmədova, Fərman Cəbrayılov,Gərayxan Rüstəmov, Aşa Seyidova, İlqar Əhmədov, Alpı kənd sakinləri Sadir Rüstəmov, Ramazan Hüseynov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra Ramil Həsən şəhid Cəsarət Zülfüqarovun qardaşı Qubad Zülfüqarov, şəhid Fizuli Əhmədovun qardaşı Xudazər Əhmədov,şəhid Güləş Faxrətovun qardaşı Hüsən Faxrətov,şəhid Sərxan Əliyevin qardaşı Sənan Əliyev,şəhid Məhəmməd Ələkbərovun anası Şahnaz Ələkbərova, şəhid Cəmil Hüseynovun ailə üzvüləri,şəhid Fərzalı Fərzəliyevin qardaşı Zamin Fərzəliyev və Alpı kənd ağsaqqalı Surxay Quluyev, Ucar şəhər sakini Hacı Həşim Rüstəmov ilə evlərində görüşüb.

Həmçinin deputatlığa namizəd Qulabənd kənd ərazisində yerləşən “Pambıq” ASC –nin balansında olan 16 mənzilli yaşayış binasının sakinləri ilə görüşüb, təklif və problemləri öyrənilib.