YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri AMEA-da olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və nümayəndəliyin əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems ilə görüşüb.
Akademiyanın elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar haqqında qonaqlara məlumat verən akademik A.Əlizadə müasir dövrdə Azərbaycan elminin nailiyyətlərinin xüsusilə innovativ xarakter daşıdığını diqqətə çatdırıb.
M.Mard səmimi görüşə və ikitərəfli əlaqələrin inkişafında göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan elminin dünyaya, eləcə də təhsil sistemlərinə inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də söhbət açılıb. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsini və tətbiqini genişləndirməkdədir. A.Əlizadə qeyd edib ki, dünya təcrübəsinə əsaslanan elm texnoparkının, elm və biznesin birgə inkişafına xidmət edəcək İnnovasiya Fondunun, eləcə də biznes inkubatorlarının yaradılması nəzərdə tutulub.
Görüşdə ölkəmizdəki palçıq vulkanlarının müalicəvi əhəmiyyətindən, AMEA Təcrübə-Sənaye Zavodunun istehsalı olan sürtgü yağları və digər məhsullar barədə də danışılıb. Ötən ay ölkəmizdə ilk dəfə təşkil olunan Bakı Elm Festivalından söz açan A.Əlizadə Azərbaycanda elmin inkişafı və onun populyarlaşdırılmasına ciddi diqqət göstərildiyini vurğulayıb.
Sonda Aİ və Azərbaycan innovasiya mühitinin qiymətləndirilməsi və perspektiv istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb, innovativ layihələrin dəstəklənməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.