YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Gədəbəy qadınları ilə keçirib

103 saylı Gədəbəy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputalığa namizədi Sevinc Hüseynova  təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü qadınlarla keçirib.

Görüşdə Sevinc Hüseynova Yeni Azərbaycan partiyasının ölkənin ictimai – siyasi həyatındakı uğurları barədə məlumat verərək, partiyanın irəli sürdüyü seçki platformasında vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkə iqtisadiyyatının, səhiyyə, təhsil sahələrinin hərtərəfli inkişafı, sosial rifahının,mənzil şəraitinin yaxşılaşması, ərazi bütövlüyümüzün bərpa edilməsi kimi məsələlər ölkənin prioritet istiqamətləri kimi əsas götürüldüyünü diqqətə çatdırıb.

YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət Əliyeva “Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədi Sevinc Hüseynovanı yenidən millət vəkili kimi görmək istədiklərini, seçkilərdə ona səs verəcəklərini dilə gətiriblər.

Qadınların fəallığı ilə keçən görüşlərdə Sevinc Hüseynova etimada, güvənə və dəstəyə görə görüş iştirakçılarına təşəkkür edib, hər bir seçicini 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə ən layiqli namizədə səs verməyə çağırıb.