YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov Saatlıda məskunlaşan cəbrayıllı seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov fevralın 4-də seçki kampaniyası çərçivəsində Saatlıda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin evində olub, onlarla həyətlərdə söhbətlər edib, seçki platforması haqqında məlumat verib.

Ceyhun Valeh oğlu Məmmədov evlərdə görüş zamanı Əlisultanlı qəsəbəsində Qarabağ əlili Qurbanov Mübariz Allahverdi oğlunun ailəsini və Qarabağ Müharibəsində şəhid olan Məmmədov Urfət Rəvan oğlunun anası Əbdürəhmanova Tehran Adil qızını ziyarət ediblər.

Daha sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə, Cəbrayıl Ağsaqqallar Şurasının üzvləri Məhəmmədəli Mehdixanlı və Hüseynov Namazın iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatıldığını qeyd edən Arif Fərzəliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. Deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verən A.Fərzəliyev onun fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədov Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayaraq, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqları təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu

gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

Deputatlığa namizəd daha sonra seçicilərin fevralın 9-da keçiriləcək parlament seçkilərində fəallıq göstərəcəyinə əminliyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə, Cəbrayıl Ağsaqqallar Şurasının üzvləri Məhəmmədəli Mehdixanlı və Hüseynov Namaz parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildiriblər. Onlar görüş iştirakçılarına deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər. Seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıblar.

Görüşün sonunda seçicilər onları maraqlandıran sualları deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar.

 

 

DİGƏR Xəbərlər Arxiv