YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

111 saylı Zaqatala-Balakən seçki dairəsindən YAP-ın namizədi Kamilə Əliyevanın fərdi görüşləri davam edir

111 saylı Zaqatala-Balakən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın fərdi görüşləri davam edir.

Kamilə Əliyevanın Zaqatala rayonun III Tala, Fındıqlı, Maqov, Göyəm sakinləri ilə fərdi görüşləri olub. Görüşdə Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov iştirak edib. Namizəd Kamilə Əliyeva çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siyasətindən söz açıb.

Bu görüşdə insanların ümumilikdə və fərdi şəkildə edilən müraciətləri, təklif və problemləri dinlənilərək qeydə alınıb.

Fərdi görüşlər zamanı seçicilər millət vəkilliyinə namizəd Kamilə xanım Əliyevaya qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzulayıblar.