YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmaz gəncləri seçkilərdə YAP-ın namizədinə səs verəcəklər

YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin 2 fevral Gənclər Günü münasibətilə keçirdiyi tədbirdə YAP tərəfindən 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimov iştirak edib.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatı seçki qərargahının üzvü Nazim Ağayev, deputatlığa namizəd Eldəniz Səlimov çıxış ediblər.

Tədbir diskusiya şəklində davam edib. Gənclər çıxışlarında qarşıdan gələn parlament seçkilərində YAP namizədi olan Eldəniz Səlimova səs verəcəklərini bildiriblər.