YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Fatma Yıldırımın Bərdə şəhərində fərdi evlərdə seçicilərlə görüşü olub

Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırımın Bərdə şəhərində fərdi evlərdə seçicilərlə görüşü olub.

Böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə seçicilərin qayğı və problemləri ilə maraqlanan, onların fikir və arzularını dinləyən Fatma Yıldırım bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Deputatlığa namizəd həmçinin seçicilərə Yeni Azərbaycan Partiyasının seçki proqramı və öz fəaliyyəti barədə danışaraq, Yeni Azərbaycan Partiyasının bütün namizədlərinin Milli Məclisdə təmsil olunmağa layiq olduqlarını bildirib.

Görüşdə seçicilər dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Onlar 9 fevralda keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Fatma Vidadi qızı Yıldırıma səs verəcəklərini bildiriblər.