YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər Naqif Həmzəyevi yenidən millət vəkili görmək istəyirlər

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputalığa namizədi Naqif Həmzəyev təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş şəhərin Heydər Əliyev prospektində olub.

Məhəllələrarası ərazilərdə seçicilərlə keçən görüşdə Naqif Həmzəyev Yeni Azərbaycan partiyasının ölkənin ictimai - siyasi həyatındakı uğurları barədə məlumat verərək, partiyanın irəli sürdüyü seçki platformasında vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkə iqtisadiyyatının, səhiyyə, təhsil sahələrinin hərtərəfli inkişafı, sosial rifahının,mənzil şəraitinin yaxşılaşması, ərazi bütövlüyümüzün bərpa edilməsi kimi məsələlər ölkənin prioritet istiqamətləri kimi əsas götürüldüyünü diqqətə çatdırıb.

Seçicilər “Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədi Naqif Həmzəyevi yenidən millət vəkili kimi görmək istədiklərini, seçkilərdə ona səs verəcəklərini dilə gətiriblər.

Seçicilərin fəallığı ilə keçən görüşlərdə Naqif Həmzəyev etimada, güvənə və dəstəyə görə görüş iştirakçılarına təşəkkür edib, hər bir seçicini 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə ən layiqli namizədə səs verməyə çağırıb.

Səmimi keçən görüşdə sakinlərin sualları cavablandırıb, təklif və problemlərinin qeydiyyatı aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv