YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət nəticə əldə etmək niyyətində görünmür

«ATƏT-in Minsk qrupunun həmsədrləri gah yol xəritəsi hazırlayır, gah da qarşılıqlı etimadın  vacibliyini vurğulayırlar. Əslində məsələnin kökündə tamam başqa məqamlar var». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Minsk qrupunun mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq cəhdindən başqa bir şey deyil. Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilməyən həmsədr ölkələr baş qatmaq üçün bu fikirləri irəli atırlar.

«Məsələni Ermənistanın xeyrinə həll etmək üçün bütün bunlar onların növbəti cəfəngiyyatlarıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət nəticə əldə etmək niyyətində görünmür»- deyə, deputat qeyd edib.