YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus Prezidenti Polad Bülbüloğlunu təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan SSR-in Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib. Məlumatı Belarus liderinin mətbuat xidməti yayıb.

Təbrik məktubunda deyilir: “Tanınmış müğənni və bəstəkar, gözəl aktyor və pedaqoq, qüsursuz avtoriteti və əla insani keyfiyyətləri olan siyasətçi kimi Siz öz işinə sonsuz sədaqət və məsuliyyətli münasibət nümunəsi olmusunuz. Sizin yüksək peşəkarlığınız, zəngin təcrübəniz və bilikləriniz uzun illər ərzində həqiqi mədəni dəyərlərin təbliğinə və Belarus, Azərbaycan və Rusiya arasında dialoqun daha məzmunlu olmasına yönəlib”.

Aleksandr Lukaşenko əmin olduğunu bildirib ki, Polad Bülbüloğlunun gerçəkliyin müdrik dərk edilməsi və xeyirin təntənəsinə inamla müşayiət olunan çoxşaxəli fəaliyyəti gələcəkdə də insanlara sevinc və ilham bəxş edəcək, yüksək əxlaqi meyarlara cavab verəcək. Prezident ona möhkəm cansağlığı, xoşbəxtlik, yeni uğurlar və nailiyyətlər arzulayıb.