YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova növbəti görüşlərini Gədəbəyin Miskinli, Plankənd, Çaldaş və Çalburun kəndlərinin seçicilərilə keçirib

Təbliğat-təşviqat kampaniyası çərçivəsində 103 saylı Gədəbəy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Hüseynova növbəti görüşlərini Gədəbəy  rayonunun Miskinli, Plankənd, Çaldaş və Çalburun  kəndlərinin seçicilərilə keçirib.

Görüşlərdə çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova növbəti dönəm üçün Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, ötən illərdə olduğu kimi Gədəbəy əhalisinin problemlərinin həllinə çalışacağını, parlamentin işində fəal iştirak edəcəyini deyib.

Görüşdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Sevinc Hüseynovanın ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib.

R.Nağıyev seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.