YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədovun seçicilərlə görüşləri uğurla davam edir

Yeni Azərbaycan Partiyasından 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin deputatlığına namizədi Ramin Məmmədovun rayonun Azadkənd, Poladtuğay, Cağırğan və Xankeçən kəndlərində seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü açan YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bildirib ki, YAP seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir.

Deputatlığa namizəd Ramin Məmmədov çıxışında partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib.

Səmimi keçən görüşdə çıxış edənlər 9 fevralda YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.