YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatında rayon gənclərinin nümayəndələri ilə görüş keçirilib

YAP Ucar rayon təşkilatının qərargahında rayon gənclərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bildirib ki, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının hərtərəfli inkişafı üçün geniş şərait yaradılmış, gənclərlə bağlı müxtəlif Dövlət Praqramı qəbul olunmuş,yaradıcı gənclər dünyanın müxtəlif ölkələrində beynalxalq tədbirlərdə respubilkamızı təmsil edirlər.Bu sahədə cənab Prezdent İlham Əliyev və ölkənin Birinci vitse-prezdenti Mehriban xanım Əilyevanı gənclərə olan xüsusi rəğbəti,qayğısı çox aydın duyulmaqdadır.

Qeyd edilib ki, rayonda fəaliyyət göstərən idarə və müəssələrdə işləyənlərin 1087 nəfəri Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərdir.

Ucar rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Nuru Piriyev, Qarabağ Müharibəsi Əliləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin rayon sədri Rahib Rəsulov,Qazyan kənd sakini 612 balla Bakı Dövlət Universitetinin beyənalxalq münasibətlər və iqsadiyyat fakültəsinin I kurs tələbəsi Aytən Məmmədova, Müsüslü kənd sakini Azərbaycan Dövlət Texnologiya Universtetinin III kurs tələbəsi Emil Mikayılov, Şahlıq kənd sakini Səid Nəbiyev çıxış edərək Azərbaycan gəncliyinə yaradılan şərait və diqqətə görə Azərbaycan Respubilkasının Prezdenti İlham Əliyev cənablarına minnətdarlıqlarını və 9 fevralda parlament seçkilərində fəal iştirak edəcəklərini bildiriblər.

Tədbirdə bir qrup YAP üzvünə partiya  vəsiqələri, təşkilatın işində fəal iştirak edən üzvlərə hədiyələr təqdim olunub.

Tədbirdə 91 saylı Ucar seçki dairəsindən YAP-ın namizədi Ramil Həsən iştirak edib.