YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban xanım Əliyeva: Böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib

«Bu gün Azərbaycan güclü bir dövlətdir. Biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət Heydər Əliyevin silinməz izlərini görürük». Bu fikirləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva deyib.

Mehriban xanım Əliyeva bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi. «Sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. Uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, O, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin,  nailiyyətlərimizin təməlini qoydu. Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün Onun ən sevimli kəlmələrindən birini - “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik»- deyə, Mehriban xanım Əliyeva vurğulayıb.