YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Şri-Lanka Prezidentini milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksaya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələrinin, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın bundan sonra da uğurla davam edəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Qotabaya Racapaksaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyib.