YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nizami Səfərovun görüşləri ruh yüksəyliyi ilə davam edir

102 saylı Samux-Şəmkir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Nizami Səfərov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Nizami Səfərov 102 saylı Samux-Şəmkir seçki dairəsininin Şəmkir rayonu ərazisinə düşən Qaracəmirli, Qılıncbəyli və Ağlavaşlı kəndlərində seçicilərlə keçirilmiş görüşlərdə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Şəmkir rayonundada də böyük işlər görülüb.

Nizami Səfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını və bu gün bu ideyaları layiqincə həyata keçirən cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.

Deputatlığa namizəd N.Səfərov Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla getdiyini bildirib.

Görüşdə iştirak edən seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyini bildiriblər.