YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Gənclər gününə həsr olunmuş bayram tədbiri keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gənclər Günü ilə bağlı təntənəli tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra YAP Gəncə şəhər Gənclər Birliynin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Gəncə şəhər təçkilatının sədri, millət vəkili Naqif Həmzəyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib. Azərbaycanın ictimai-siyasi həyatının əlamətdar hadisələrindən biri olan Gənclər Gününün ulu öndər Heydər Əliyev tərəfindən təsis olunduğunu və bunun Azərbaycan gəncliyinə olan böyük etimadının və diqqətinin nümunəsi olduğunu bildirib.

GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, millət vəkili Musa Quliyev və digərləri çıxış edərək, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli təbəqə kimi formalaşmasında Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti mühüm rol oynadığını diqqətə çatdırıblar.

Daha sonra Gəncə şəhərində həyata keçirilən gənclər siyasətindən və gənclərin sosial problemlərinin həllindən danışarkən xüsusi ilə qeyd edilib ki, gəncləri təkcə Gəncədə deyil, eləcə də ölkəmizin ictimai-siyasi həyatında fəallıqları ilə seçilirlər.

Sonra tədbirdə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətində aktivliyi ilə seçilmiş gənclərə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Tədbir musiqili proqram və gənclərin “Yallı” rəqsi ilə davam edib.