YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəyin gənc seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəydə gənc seçicilərlə görüşüb.

Görüşdə YAP Gədəbəy rayon təşkilatının qərərgah üzvləri Kərəm Məmmədov, Məlahət Əliyeva, Xəyyam Vəliyev və təşkilatın məsul işçisi Anar Məmmədov iştirak edirdi.

Yeni Azərbaycan Partiyasının 103-saylı Gədəbəy seçki dairəsi üzrə deputatlığa namizədi Sevinc Hüseynova gənc  seçicilərlə növbəti görüşlərini rayonun Mədəniyyət evində baş tutub. Böyük ruh yüksəkliyi ilə keçən görüşdə Sevinc Hüseynova gənc seçicilərə öz fəaliyyəti haqqında məlumat verərək, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr islahatlarından, iqtisadi-siyasi islahatlardan danışıb.

Deputatlığa namizəd  qarşıda görüləcək işlərlə bağlı məlumat verərək gəncləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.

Deputatlığa namizəd Sevinc Hüseynovanın fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirən gənclər parlament seçkilərində dünənin, bu günün və  gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.