YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən Ucarın Boyat və Bağman kənd sakinləri ilə görüş keçirib

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsən təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunun Boyat və Bağman kənd sakinləri ilə görüş keçirib.

Görüşləri YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə getdiyini bildirib.

Partiyanının namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb.

Kənd sakinləri Bəylər Mirzəyev, Təbriz Mustafayev, Zahidə Səfərəliyeva, Lətifə Lətifova çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra Ramil Həsən şəhid Məmmədhüseyn Tehmirovun atası Heydər Tehmirov, şəhid İsgəndər Alışovun atası Alış Alışov, şəhid Qurban Rəhimovun anası Bəyim Rəhimova, şəhid Famil Əliyevin atası Fərman Əliyev, şəhid Dilşad Hüseynovun anası Rəfiqə Hüseynova və ailə üzvləri ilə, şəhid Vuqar Fərzəliyevin qardaşları Mahmud və Yaşar Fərzəliyevlər, şəhid Abid Səfərəliyevin qardaşı Şirəli Səfərəliyev, şəhid Sehran Salmanovun valideyinləri Məmmədhəsən və Yaxşıxanım Salamanovlar və II qrup Qarabağ müharibəsi əlili Toğrul Lətifov ilə evlərində görüşüb.